Samir Hüseynov: “Ölkədə peşəkar boks turnirləri keçirməyə davam edəcəyik”

10 İyul 2026 22:53
82
Samir Hüseynov: “Ölkədə peşəkar boks turnirləri keçirməyə davam edəcəyik”

“Azərbaycan Boks Federasiyası ölkədə peşəkar boks turnirləri keçirməyə davam edəcək”.

Bunu İdman.Biz-ə Federasiya prezidentinin müşaviri Samir Hüseynov bunu Bakıda keçirilən “IBA Çempionlar Gecəsi” turniri barədə danışarkən bildirib.

“Təəssüf ki, son 30 ildə Azərbaycan hələ də dünya səviyyəli peşəkar boksçu yetişdirməyib. Buna görə də ciddi bir strategiya hazırlamışıq. Buna uyğun olaraq, gənc boksçuları bu sahədə qlobal səviyyədə uğur qazana biləcəkləri şəkildə yetişdirəcəyik. Hazırda peşəkar boks dünyada ən böyük marağa səbəb olur. Musiqi müşayiəti və şou effektləri də bu formatın bir hissəsidir. Bunlar marağı artırmaq, daha çox tamaşaçı cəlb etmək və əlavə motivasiya yaratmaq üçün lazımdır”, - deyə o bildirib.

Samir Hüseynov həmçinin Azərbaycan boksçularının “IBA Çempionlar Gecəsi”ndəki döyüşləri ilə bağlı fikirlərini bildirib:

“Unutmamaq vacibdir ki, boksçularımız əsasən Olimpiya yarışlarında iştirak ediblər. Bunlar onların peşəkar boksda debütləridir. Onlar altı raund əvəzinə üç raund döyüşməyə öyrəşiblər, ona görə də bu, onlar üçün yeni bir təcrübədir. Eyni zamanda, idmançılarımızın fiziki hazırlığı çox yüksək səviyyədədir”, - o deyib.

İdman.Biz