Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir. Yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.
Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.
Yarımfinalda məğlub olan Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçuların mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışı 3-cü pillədə bitirib.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.
Böyük İpək Yolu beynəlxalq turniri
Yarımfinallar
50 kq
Bilalhəbaşi Nəzərov (Azərbaycan) – Sahil Allahverdovi (Gürcüstan) – ikinci döyüşə gəlməyib
Sübhan Mamedov (Azərbaycan) – Qoqa Topuriya (Gürcüstan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
55 kq
Amin Məmmədzadə (Azərbaycan) – Zidan Hünbətov (Azərbaycan) – 4:1 (30:27, 29:28, 29:28, 27:30, 30:27)
Zəlimxan Süleymanov (Azərbaycan) – Timur Kabdeşov (Qazaxıstan) – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 29:28)
60 kq
Məhəmmədəli Aşırəliyev (Azərbaycan) – Altınbek Nursultan (Qazaxıstan) – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27)
Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Tayfur Əliyev (Azərbaycan) – 1:4 (28:29, 29:28, 28:29, 27:30, 28:29)
65 kq
Zaur Qəhrəmanov (Azərbaycan) – Asadbek Rajabov (Özbəkistan) – 4:1 (29:27, 29:27, 29:27, 27:29, 29:27)
Malik Həsənov (Azərbaycan) – Viktorio İliyev (Bolqarıstan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
70 kq
Sərxan Əliyev (Azərbaycan) – Refik Kartal (Türkiyə) – 1:4 (28:29, 28:29, 28:29, 28:29, 29:28)
75 kq
Səidcəmşid Cəfərov (Azərbaycan) – Georgi Natrosşvili (Gürcüstan) – rəqib qələbə qazanıb
Rasim Çobanlı (Azərbaycan) – Şerbek Şokirov (Özbəkistan) – ikinci qalib gəlib
80 kq
Həsən Osmanlı (Azərbaycan) – Bakbergen Aliaskarov (Qazaxıstan) – 1:4 (28:29, 29:28, 28:29, 28:29, 27:30)
Seyid Seyidov (Azərbaycan) – Azamat Bektaş (Qazaxıstan) – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 30:27)
85 kq
Murad Allahverdiyev (Azərbaycan) – Batırbek Benkur (Qazaxıstan) – 2:3 (30:27, 28:29, 27:30, 28:29, 30:27)
90 kq
Surət Qarayev (Azərbaycan) – Simeon Boldirev (Bolqarıstan) – 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28)
+90 kq
Məhəmməd Abdullayev (Azərbaycan) – Kiril Georgiyev (Bolqarıstan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Səbuhi Əlizadə (Azərbaycan) – Aleksandr Şau (Avstraliya) – ikinci qalib gəlib
