Coşuanın əmisi: “Entoni karyerasını bitirdi”

Xəbərlər
6 Yanvar 2026 19:24
75
Coşuanın əmisi: “Entoni karyerasını bitirdi”

Boks üzrə keçmiş dünya çempionu Entoni Coşuanın əmisi Adedamola Coşua qardaşı oğlunun karyerasını bitirdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, Coşua bir neçə gün əvvəl Nigeriyada avtomobil qəzasına düşüb.

Qəza Laqos-İbadan magistral yolunda baş verib. İdmançının olduğu “Lexus” hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb. Qəza nəticəsində Coşuanın iki dostu və məşqçisi həlak olub.

“Əsas məsələ odur ki, o təqaüdə çıxıb. Bu, bizim sevindiyimiz bir şeydir, çünki o, hər dəfə rinqə çıxanda emosiyalara qərq oluruq. Hər dəfə yıxılanda sanki ürəyimiz sinəmizdən çıxır. Onun döyüşləri zamanı yaşadığı bütün bu emosional təcrübələr bizim üçün də çox ağırdır.

İndi o, ən yüksək alqışlarla karyerasını bitirdiyini elan etdiyinə görə biz də xoşbəxtik”, - deyə Adedamola Nigeriyanın “Punch” nəşrinə bildirib.

İdman.Biz