Boks üzrə keçmiş dünya çempionu Entoni Coşuanın əmisi Adedamola Coşua Nigeriyada idmançının iştirakı ilə baş vermis ölümcül qəzanın təfərrüatları barədə danışıb.
İdman.Biz xəbər verir ki, o, yerli hakimiyyət orqanlarının və təcili yardım xidmətlərinin hərəkətlərini kəskin tənqid edib.
Boksçunun qohumunun sözlərinə görə, Coşua qəza yerində və zədələnmiş avtomobildə olarkən ətrafdakılar ona kömək etmək əvəzinə onun mobil telefonunu oğurlayıblar. Hökumət və polis isə bu cür hadisələrə lazımi reaksiya verməyib.
“Onlar kömək etməli olduqları zaman telefonlarını çıxarıb hadisə yerini çəkdiklərini və hətta qurbanlardan oğurluq etdiklərini görürsünüz. Bu, səhvdir. Hətta qəza zamanı Entoni Coşuanın telefonunun oğurlandığını eşitdik. Belə davranışlara son verilməlidir. Polis və digər təcili yardım xidmətləri qəza yerinə dərhal gəlib onu mühasirəyə almalıdır.
Hökumətimizin fövqəladə hallarla bağlı bütün məsələlərə laqeydliyini qınamaq istəyirəm. Coşua qəzadan sonra xərəkdə olmalı olduğu halda, yolun ortası ilə piyada halda keçirdi və bunu izləmək adamın ürəyini ağrıdır” - Nigeriyanın “The Punch” nəşri Entoninin əmisindən sitat gətirib.
