Ceyk Pol Coşua ilə döyüşdən əvvəl dünyanı şoka salacağına söz verib

Xəbərlər
20 Dekabr 2025 00:03
42
Ceyk Pol Coşua ilə döyüşdən əvvəl dünyanı şoka salacağına söz verib

Keçmiş dünya çempionu Entoni Coşua ilə döyüş ərəfəsində video bloqçu və boksçu Ceyk Pol X sosial media platformasında paylaşım edərək, tərəfdarlarına, nifrət edənlərinə, komandasına və təşkilatçılarına təşəkkür edib.

İdman.Biz xəbər verir ki, Pol həmçinin dünyanı şoka salacağına söz verib.

“Dəstəkçilərimə təşəkkür edirəm. Mənə nifrət edənlərə təşəkkür edirəm. Komandama təşəkkür edirəm. Bütün döyüşçülərə təşəkkür edirəm. Netflix-ə təşəkkür edirəm. Boksa təşəkkür edirəm. Tanrıya təşəkkür edirəm. Bu gecə dünyanı şoka salırıq”, - Pol yazıb.

Boks karyerasında Pol 13 döyüşdə iştirak edib, bunlardan 7-si nokautla olmaqla 12-sində qalib gəlib, birində isə məğlub olub. Coşuanın 28 qələbəsi (25-i nokautla) və dörd məğlubiyyəti var.

İdman.Biz