Peşəkar boks karyerası ilə tanınan amerikalı vloqer Ceyk Pol boks karyerası haqqında danışıb.
İdman.Biz bildirir ki, 19 dekabrda Nyu-Yorkda Ceyk Pol Entoni Coşua ilə döyüşəcək.
“Son 10 ildə boks üçün məndən çox iş görən olmayıb. Entoni Coşua klassik boksçudur; o, bütün həyatı boyu bunu edib. Amma inanıram ki, boks üçün daha vacibəm. Ona görə də insanlar boksa həqiqətən əhəmiyyət versəydilər, mənim qalib gəlməyimi istəyərdilər”, - deyə Pol mətbuat konfransında bildirib.
