Boks üzrə keçmiş dünya çempionunun ölüm səbəbi bəlli olub

Xəbərlər
17 Oktyabr 2025 01:20
68
Boks üzrə keçmiş dünya çempionunun ölüm səbəbi bəlli olub

Keçmiş dünya çempionu Rikki Hattonun ölüm səbəbi məlum olub.

“Sky Sports” Cənubi Mançester məhkəməsinə istinadən xəbər verir ki, boksçu intihar edib.

İdman.Biz bildirir ki, o, sentyabrın 14-də 47 yaşında dünyasını dəyişib. Hatton yataq otağında cansız vəziyyətdə tapılıb.

Onun cəsədini meneceri və dostu Pol Spik aşkar edib. Məhkəmənin fikrincə, Hatton ailəsi onu sonuncu dəfə sentyabrın 12-də salamat görüb. Ertəsi gün Hatton bir tədbirə gəlməyib və 14-də Spik onu götürüb Mançester hava limanına aparmaq üçün onlara gedib. Oradan Hatton idmana qayıtmasını elan etmək üçün mətbuat konfransı keçirmək məqsədi ilə Dubaya uçmalı imiş.

Hatton IBF (2005 və 2007), WBA (2005) və IBO (2007) yüngül ağır çəki dərəcələrində, WBA (2006) və IBO (2009) isə yüngül çəki dərəcələrində çempion titullarına sahibdir. 48 peşəkar döyüşdə 45-də qalib gəlib, 3-də məğlub olub.

İdman.Biz