“Bugünkü döyüş mənim üçün çox çətin keçdi, amma qırğızıstanlı rəqibimlə axıra qədər mübarizə apardım və nəticədə yarımfinala yüksəldim”.
İdman.biz bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının 1/4 final mərhələsində 52 kiloqram çəki dərəcəsində döyüşən boksçumuz Əli Abbaslı bildirib.
Abbaslı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.
O, bu uğura nail olmasında məşqçilər heyətinin rolundan danışıb, finalda iştirak etmək arzusunu ifadə edib. Boksçu deyib ki, hər döyüş ona həm təcrübə qazandırır, həm də gələcək qələbələr üçün motivasiya verir.
Qeyd edək ki, III MDB Oyunlarına 13 ölkədən ümumilikdə 1624 idmançı qatılıb və yarışlar oktyabrın 8-də yekunlaşacaq.