Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib

6 Aprel 2026 17:59
157
Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovaya qalib gəlib

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.

İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığmasını məğlub edib - 8:5.

Millimizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

İdman.Biz