“Gəncə”nin baş məşqçisi: “Rəqibin bir basketbolçusunun qiyməti hamımızın məvacibi qədərdir”

Müsahibə
3 Dekabr 2023 01:14
115
“Gəncə”nin baş məşqçisi: “Rəqibin bir basketbolçusunun qiyməti hamımızın məvacibi qədərdir”

"Rəqibin bir basketbolçusunun qiyməti bizim hamımızın məvacibi qədərdir”.

İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç "Neftçi" ilə oyunu şərh edərkən deyib.

Türkiyəli mütəxəssis 80:85 hesabi ilə məğlubiyyəti büdcələrinin az olması ilə əlaqələndirib. O, bunun əksər oyunlara təsirini göstərdiyini bildirib: “Uşaqlar yaxşı oynadılar, görüşün sonuna qədər rəqabətdən düşmədik. Hesabda geridə olmağımıza baxmayaraq, fərqin böyüməsinə imkan vermədik. Hətta önə keçmək şansımız da vardı. Oyunun sonunda təcrübəsizliyin qurbanı olduq. Yenə yerli basketbolçulardan istədiyimizi ala bilmədik. Rəqib də tam tərsinə olaraq yerli oyunçuların sayəsində irəlilədi. Legionerlərini saxlaya bildik, amma yerlilər komandanı irəliyə daşıdılar. Önümüzdə 3 oyun var. Fasiləyə kimi qələbələr qazanıb mövqeyimizi yaxşılaşdırmalıyıq. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, “Gəncə” 6-cı oyunda 5-ci dəfə məğlub olub.

İdman.biz