“Xəzri”nin baş məşqçisi: “Müdafiədə inamlı oyun sayəsində qələbə qazandıq”

Müsahibə
2 Dekabr 2023 11:57
143
“Xəzri”nin baş məşqçisi: “Müdafiədə inamlı oyun sayəsində qələbə qazandıq”

“Rəqib çox yaxşı mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmən Azərbaycan Basketbol Liqasında “Xırdalan”a 105:84 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

O bildirib ki, VI tur çərçivəsində keçirilən matçda istəklərinə nail olublar: “Görüşə yaxşı köklənərək və müdafiədə inamlı oyun sayəsində qələbə qazandıq. Rəqibin 3-cü periodda ciddi müqavimət göstərəcəyini bildirdik. Buna görə də fasilədə komandamla danışıb, ona uyğun reaksiya vermələrini istədim. Bu, çempionatdakı 5-ci qələbəmiz idi və bizim üçün çox vacib bir qalibiyyət oldu. Lider idik və belə də davam edirik. Növbəti matça köklənəcəyik. Oyunçularımı təbrik edirəm”.

Qeyd edək ki, “Xəzri” 6 oyundan sonra 11 xalla ölkə çempionatının lideridir.

İdman.biz