“Neftçi”, NTD-İNDİQO və "Sabah" qələbə qazanıb - FOTO

Xəbərlər
2 Dekabr 2023 20:47
451
“Neftçi”, NTD-İNDİQO  və "Sabah" qələbə qazanıb - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son günündə 3 görüş keçirilib.

Əvvəlcə meydana “Gəncə” və “Neftçi” çıxıb. Meydan sahibləri doğma azarkeşləri önündə məğlub olublar. Qonaqlar ilk periodda qazandıqları üstünülüyü sonadək qoruyublar - 80:85.

Günün ikinci qarşılaşmasında “Sərhədçi” – NTD-INDIGO ilə üz-üzə gəlib. Görüşdə xaçmazlılar favorit statusunu sübuta yetiriblər. Hesabda geri düşən meydan sahiblərinin cəhdləri uğursuz olub. NTD-INDIGO 12 xal fərqi ilə qalib gəlib.

Turun son görüşündə “Sabah” “Cəlilabad”ı qəbul edib. Gözlənildiyi kimi, son çempion asan qələbə qazanıb. Məhsuldar keçən qarşılaşmada "Sabah" 107 xal qazanıb. Nəticədə debütantın isə ardıcıl 3-cü qələbə arzusu rellaşmayıb.

Azərbaycan Basketbol Liqası

VI tur
2 dekabr
14:00. “Gəncə” - “Neftçi” - 80:85 (19:27, 20:21, 23:19, 18:18)

Gəncə Olimpiya İdman Kompleksi

16:00. “Sərhədçi” - NTD-İNDİQO - 89:97 (20:26, 22:37, 31:15, 16:19)
Sumqayıt Olimpiya İdman Kompleksi

19:00. “Sabah” - “Cəlilabad” - 107:89 (33:13, 22:22, 26:29, 26:25)
Sumqayıt Olimpiya İdman Kompleksi

Sabah BK

6

5

1

607:505 (+102)

11

Xəzri BK

6

5

1

500:451 (+49)

11

Neftçi İK

6

5

1

524:366 (+78)

11

NTD-İNDİGO

6

5

1

540:482 (+58)

11

Cəlilabad BK

6

3

3

493:497 (-4)

9

Xırdalan BK

6

2

4

514:543 (-29)

8

Sumqayıt BK

6

2

4

473:338 (-32)

8

Sərhədçi PİK

6

2

4

514:551 (-37)

8

Gəncə BK

6

1

5

502:570 (-68)

7

Şəki BK

6

0

6

411:528 (-117)

6

Qeyd edək ki, turun ilk iki matçında “Sumqayıt” “Şəki”ni 96:81, “Xəzri” isə “Xırdalan”ı 105:84 hesabı ilə məğlub edib.

İdman.biz