Türkiyə komandasının dünya çempionatının finalındakı rəqibi məlum olub

Xəbərlər
6 Sentyabr 2025 19:44
48
Türkiyə komandasının dünya çempionatının finalındakı rəqibi məlum olub

İtaliyanın qadınlardan ibarət voleybol yığması 2025-ci ildə Tailandda keçirilən dünya çempionatının yarımfinal oyununda Braziliya millisinə 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

İdman.biz xəbər verir ki, İtaliya komandası çempionluq uğrunda matçda Yaponiya komandasını 3-1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Dünya Çempionatında finala yüksələn Türkiyə voleybolçuları ilə oynayacaq. Oyun sabah olacaq.

2025-ci il qadınlar arasında voleybol üzrə dünya çempionatı avqustun 22-dən sentyabrın 7-dək Taylandın dörd şəhərində (Banqkok, Nakhon Ratçasima, Çianq May və Phuket) keçirilir.

Hazırkı dünya çempionu cari turnirin 1/8 finalında Hollandiyaya uduzaraq mübarizədən kənarlaşdırılan Serbiya komandasıdır.

idman.biz