NBA-da saxta müqavilə ətrafındakı qalmaqal böyüyür

Xəbərlər
4 Sentyabr 2025 20:39
37
NBA-da saxta müqavilə ətrafındakı qalmaqal böyüyür

NBA-nın "Los Anceles Klippers" klubunun hücumçusu Kavay Leonard, "Aspiration" ilə 28 milyon dollarlıq reklam müqaviləsindən əlavə, şirkətin səhmləri vasitəsilə əlavə 20 milyon dollar almalı imiş.

İdman.biz bildirir ki, bu barədə "Boston Sports Journal" məlumat yayıb. Beləliklə, Leonarda vəd edilən təzminatın ümumi məbləği 48 milyon dollara çatıb.

Bildirilir ki, Kavay dörd il ərzində səhmlər vasitəsilə ödənişlər almalı imiş. Lakin səhmlər satılmadığından onlar üzrə ödənişlər heç vaxt başlamayıb. O da qeyd olunur ki, Leonard vəd olunan 28 milyon dolları da tam ala bilməyib.

Bundan əvvəl jurnalist Pablo Torre Leonardın "Aspiration"la saxta müqaviləsi barədə məlumat verib. Maaş həddini aşmaq üçün hər şeyin "Klippers"in sahibi Stiv Balmerin köməyi ilə baş verdiyi iddia edilir.

NBA artıq məsələ ilə bağlı araşdırmalara başlayıb.

İdman.biz