"Şəki" baş məşqçisi ilə müqaviləni uzadıb

2 Sentyabr 2025 14:21
306
"Şəki" baş məşqçisi ilə müqaviləni uzadıb

"Şəki" basketbol klubu baş məşqçisi Bedri Meriçlə bağlı qərarını verib.

Komandadan İdman.biz-ə verilən məlumata görə, türkiyəli mütəxəssislə müqavilənin müddətini uzadılıb.

Meriçlə mövsümün sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Şəki" ötən mövsüm Azərbaycan Basketbol Liqasında üçüncü yeri tutub.

İdman.biz