2028-ci il Olimpiadasında basketbol turniri açılış mərasimindən tez başlayacaq

Xəbərlər
21 Avqust 2025 15:22
52
2028-ci il Olimpiadasında basketbol turniri açılış mərasimindən tez başlayacaq

“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında basketbol turniri açılış mərasimindən iki gün əvvəl, iyulun 12-də başlayacaq.

İdman.biz FIBA-a istinadən xəbər verir ki, həmin tarixdə kişilər və ya qadınlar arasında turnirin, yaxud hər ikisinin start götürəcəyi bəlli deyil.

İlkin təqvimə iyulun 12 və 13-də keçiriləcək üç oyun daxildir.

Bu dəyişiklik 1/4 finalın iki gün ərzində oynanılmasına imkan verəcək. Bürünc medal uğrunda oyunlar iyulun 28-i və 29-da, qızıl medal uğrunda qarşılaşmalar isə ayın 29-u və 30-da keçiriləcək.

Qeyd edək ki, iyulun 30-da Olimpiada başa çatacaq.

İdman.biz