Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa kubokunda təmsil edəcək "Abşeron Lions" heyətini yeni transferlə gücləndirib.
İdman.biz xəbər verir ki, klub ötən mövsümü “Sərhədçi”də keçirmiş 27 yaşlı Nicat Məmmədli ilə 1 illik müqavilə imzalayıb.
2 metr boya malik olan basketbolçu üçün bu, “Abşeron Lions”a dönüş sayılır. O, daha əvvəl “AAF Xırdalan” və “Xırdalan” adlananda bu komandada çıxış edib.
İdman.biz