"Barselona"nın əsas heyətində 13 yaşlı oyunçu

Xəbərlər
13 Avqust 2025 12:20
46
"Barselona"nın əsas heyətində 13 yaşlı oyunçu

13 yaşlı oyunçu "Barselona"nın əsas heyətində çıxış edəcək

İdman.biz xəbər verir ki, sosial şəbəkələrdə məşhurlaşan Məhəmməd Dabon gələn mövsümdən etibarən Kataloniya klubu basketbol komandasının əsas heyətinə keçəcək.

Sport.es portalının məlumatına görə, boyu 210 sm olan 13 yaşlı burkina-fasolu basketbolçu boyu 212 sm olan 17 yaşlı mərkəz oyunçusu Sayon Keita ilə birlikdə İspaniya nəhənginin əsas komandasına qoşulacaq.

Nəşr yazır: "Barselona" istəyir ki, Məhəmməd Dabon və Sayon Keita gələn mövsüm aparıcı oyunçular olsunlar. Onlar komandanın qalan üzvləri ilə çalışmağa başlayacaqlar".

Hər iki oyunçu bu il Abu Dabidə Avroliqanın gənclər turnirində çıxış edib. Dabon özündən xeyli yaşca böyük rəqiblərlə oynayaraq orta hesabla 12,0 xal toplayıb.

İdman.biz