Luka Donçiç "Los-Anceles Leykers"lə yeni müqavilə bağlayır

Xəbərlər
29 İyul 2025 01:47
35
Luka Donçiç "Los-Anceles Leykers"lə yeni müqavilə bağlayır

NBA ulduzu Luka Donçiç "Los-Anceles Leykers"lə yeni müqavilə bağlayacaq.

İdman.biz xəbər verir ki, 4 illik sövdələşmənin dəyəri 349 milyon avrodur.

Şənbə günü Los-Ancelesdə imzalanma mərasimi təşkili gözlənilir. Donçiç "Jordan" krassovkalarının səfiri kimi ABŞ turnesinə çıxıb. Onun bu gün Nyu-Yokr, cümə axşamı isə Çikaqoda olacağı vurğulanıb. Reklam səfərlərinin Los-Ancelesdə bitəcəyi bildirilib.

Qeyd edək ki, sloveniyalı basketbolçu bu ilin fevralında səs-küylə şəkildə "Dallas Maveriks"dən "Los-Anceles Leykers"ə keçmişdi.

İdman.biz