Kişi basketbolçulardan ibarət “Neftçi” klubu avrokubokda mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisi FIBA Avropa kubokunda oynayacaq.
Təmsilçimiz birbaşa yarışın müntəzəm çempionatında gücünü yoxlayacaq.
Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.
Hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münxen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Basketbol Liqasında ikinci yeri tutub. Onlar final mərhələsində “Sabah”a uduzub.
İdman.biz