Mövsümün MVP-si ən çox qazanan basketbolçu olub

Xəbərlər
1 İyul 2025 19:41
31
Mövsümün MVP-si ən çox qazanan basketbolçu olub

NBA təmsilçisi "Oklahoma Siti Tanders" Şey Gilces-Aleksanderlə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, ulduz basketbolçu ilə yeni sövdələşmə 4 illik nəzərdə tutulub.

Bununla da, 2024/2025 mövsümün ən dəyərli basketboçusu (MVP) NBA-nın illik ən çox qazananı olub. 4 illik müqavilənin dəyəri 285 milyon dollardır.

Qeyd edək ki, Gilces-Aleksanderin uğurlu oyunu sayəsində "Oklahoma" tarixində ikinci dəfə NBA çempionu olub. Basketbolçu özü isə həm müntəzəm çempionatın, həm də final mərhələsinin MVP-si seçilib.

İdman.biz