Avropa çempionatında İspaniya - Belçika finalı

Xəbərlər
28 İyun 2025 00:51
37
Avropa çempionatında İspaniya - Belçika finalı

Qadınlar arasında basketbol üzrə Avropa çempionatında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada İspaniya və Belçika üz-üzə gələcək.

Yarımfinalı hər iki görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrə kimi hər komandanın qələbə qazanmaq şansı olub. Təsadüfi deyil ki, Belçika 2, İspaniya isə 1 top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, 2023-ci ildə keçirilmiş son çempionatda da Belçika və İspaniya üz-üzə gəlmişdi. 64:58 hesabı ilə qalib gələn Belçika tarixində ilk dəfə Avropa çempionu olmuşdu.

Eurobasket, qadınlar
1/2 final

27 iyun
Fransa - İspaniya - 64:65 (18:18, 20:13, 8:18, 18:16)
Belçika - İtaliya - 66:64 (17:20, 23:13, 17:10, 21:9)

Final
29 iyun

Belçika - İspaniya

İdman.biz