Qadınlar arasında basketbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, son qarşılaşmalarda İspaniya və Belçika qələbə qazanıblar.
Son çempion Belçika Almaniya ilə görüşdə çətinlik çəkməyib. Komanda rəqibini 24 xal fərqi ilə məğlub edib.
Qeyd edək ki, yarımfinal mərhələsinin matçları iyunun 27-də keçiriləcək.
Eurobasket, qadınlar
1/4 final
24 iyun
İspaniya - Çexiya - 88:81 (12:18, 21:26, 28:22, 27:15)
Belçika - Almaniya - 83:59 (21:21, 20:15, 24:17, 18:6)
1/4 final
27 iyun
Fransa - İspaniya
Belçika - İtaliya
İdman.biz