Şəhriyar Əsgərov: “Ardıcıl məğlubiyyətlərdən sonra “Şəki”yə uduzmağa ixtiyarımız yoxdur”

Xəbərlər
19 Noyabr 2023 09:32
202
Şəhriyar Əsgərov: “Ardıcıl məğlubiyyətlərdən sonra “Şəki”yə uduzmağa ixtiyarımız yoxdur”

“Şəki" turnir cədvəlinin sonuncu pilləsində olsa da, komanda kimi zəif təsir bağışlamır”.

İdman.biz xəbər verir ki, bunu “Cəlilabad” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

O, Azərbaycan çempionatının IV turunda “Şəki” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis bildirib ki, rəqibin oyunlarını izləyib və analiz edib: “Şəki” zamanla daha da güclənəcək. Son iki məğlubiyyətdən sonra yenə də uduzmağa ixtiyarlarımız yoxdur. Düzdür, “Şəki” azarkeşlərinin güclü dəstəyi fonunda oynamaq heç də asan olmayacaq, ancaq qalib gəlməliyik. Sonrakı oyunumuz evdə “Sumqayıt”la olacaq. Səfərdə qələbə qazansaq, bu, komandanın ümumi əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, “Şəki” - “Cəlilabad” matçı bu gün saat 12:00-da start götürəcək.

İdman.biz