Yarımfinal: Yığmamız Maltaya qarşı

Xəbərlər
8 İyun 2025 11:34
74
Yarımfinal: Yığmamız Maltaya qarşı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, yığmamız Kosovoda keçirilən turnirdə Malta ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:40-da start götürəcək.

Avropa Kuboku
Təsnifat mərhələsi
Yarımfinal
20:00. Azərbaycanın - Malta

Kosovo, Priştina

Qeyd edək ki, basketbolçularımız Kosovo yığmasına 22:10 hesabı ilə qalib gəlib, qrup lideri kimi yarımfinala yüksəliblər. Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.

İdman.biz