"Sabah" avrokubok oyununu fərqli məkanda keçirəcək

Xəbərlər
16 Noyabr 2023 18:27
239
"Sabah" avrokubok oyununu fərqli məkanda keçirəcək

“Sabah”ın Bakıda basketbol üzrə Avropa kubokunun qrup mərhələsi çərçivəsində son oyunu fərqli məkanda keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, noyabrın 22-də "Nimburk"la (Çexiya) matç Bakı İdman Sarayında təşkil olunacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Bu addım “Sərhədçi” Olimpiya Mərkəzində güləş üzrə dünya çempionatının təşkil olunacağı ilə bağlı atılıb.

Qeyd edək ki, qrupda sonuncu pillədə qərarlaşan “Sabah” turnirin əvvəlki ev oyunlarını “Sərhədçi” İdman Mərkəzində Monteneqronun “Mornar” və Türkiyənin “Bahçeşehir” klubları ilə keçirib.

İdman.biz