Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu, 2013/2014 mövsümündə Şimali Amerika liqasının ən yaxşı yeni oyunçusu Maykl Karter-Uilyams Nyu-Yorkda keçirilən "Broad Street Brawl" xeyriyyə tədbiri zamanı boks qaydalarına əsaslanan həvəskar döyüş keçirib.
İdman.biz xəbər verir ki, üç raundlu qarşılaşmada 33 yaşlı məşhur basketbolçu hakimlərin yekdil qərarı ilə amerikalı Sem Xativə qalib gəlib.
Karyerasını 2023-cü ildə başa vuran Karter-Uilyams NBA-da “Filadelfiya Siksers”, “Miluoki Baks”, “Çikaqo Bulls”, “Şarlott Hornets”, “Hyuston Rokets” və “Orlando Mecik” klublarında çıxış edib. Döyüşdən sonra idmançı bildirib ki, bu, rinqə ilk və sonuncu çıxışı deyil və yaxın zamanda növbəti döyüşünü də keçirəcək.
İdman.biz