Millimiz “Tofaş”a uduzub

Xəbərlər
27 May 2025 15:47
34
Millimiz “Tofaş”a uduzub

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-16 millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

İdman.biz xəbər verir ki, yığma hazırlıq çərçivəsində yerli “Tofaş” (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib.

Hazırlıq oyununda Erhan Tokerin rəhbərlik etdiyi millimiz rəqibinə 44:71 hesabı ilə məğlub olub.

Hazırlıq prosesində əsas məqsəd iyulun 5-13-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hesablanıb.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da yekunlaşacaq.

İdman.biz