"Şəki" basketbol klubunda ayrılıq rəsmiləşib.
İdman.biz xəbər verir ki, autsayder konqolu legioneri Lenda Duanqa ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.
Klub sabah ölkəmizi tərk edəcək basketbolçunun oyunu qane etmədiyi üçün bu addımı atıb. Azərbaycana Filippinin “Adamson Falkons” klubundan gələn Duanqa yenidən bu ölkəyə qayıdacaq.
“Şəki” heyətini gücləndirmək məqsədi ilə yaxın günlərdə 2 basketbolçunun transferini planlaşdırır. Onların hər ikisi amerikalı olacaq.
Qeyd edək ki, “Şəki” çempionatda 3 turdan sonra qələbə qazanmayıb.
Emin Ağa
İdman.biz