“Sabah” basketbolçusu ilə vidalaşıb

8 Sentyabr 2026 11:09
76
“Sabah” basketbolçusu ilə vidalaşıb

“Sabah” klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, “Sabah”la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.

İdman.Biz