FİNAL: “Sabah” ÇEMPİON! - YENİLƏNİB - FOTO/VİDEO

Xəbərlər
14 May 2025 20:56
403
FİNAL: “Sabah” ÇEMPİON! - YENİLƏNİB - FOTO/VİDEO

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün "Neftçi" və "Sabah" arasında 6-cı oyun baş tutub.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada çempionun adına aydınlıq gəlib "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb. "Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusu reallaşdıra bilməyib.

Qeyd edək ki, əsası 2022-ci ildə qoyulan Sabah ölkəmizi FIBA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

Azərbaycan Basketbol Liqası
Final, 6-cı oyun
14 may

19:00. "Neftçi" – "Sabah" - 78:83 (17:22, 16:13, 29:30, 16:18)
Seriyada hesab – 2:3
Bakı İdman Sarayı

İdman.biz