Lebron Ceymsin xəyal etdiyi an Azərbaycanda reallaşıb – ana və qızı eyni vaxtda meydanda

Xəbərlər
12 Noyabr 2023 19:06
223
Lebron Ceymsin xəyal etdiyi an Azərbaycanda reallaşıb – ana və qızı eyni vaxtda meydanda

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar.

İdman.biz-in məlumatına görə, bu, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan və Belçika milliləri arasında keçirilən oyununda qeydə alınıb.

Millimizin basketbolçusu Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar. Oyun rəqib komandanın da 136:28 hesabı ilə qələbə qazanıb. Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir. Ana və qız qrup mərhələsinin ilk oyununda Litva millisinə qarşıda birlikdə mübarizə aparmışdılar.

Qeyd edək ki, dünyanın ən məşhur basketbolçularında biri Lebron Ceyms oğlu ilə "Leykers"də oynamaq arzusunu dilə gətirib. Onun oğlu Bronni hazırda kollec komandasında çıxış edir.

İdman.biz