“Neftçi” – “Sabah” oyununun vaxtı açıqlanıb

Xəbərlər
10 May 2025 10:44
38
“Neftçi” – “Sabah” oyununun vaxtı açıqlanıb

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasının 6-cı oyununun vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Neftçi” - “Sabah” qarşılaşması mayın 14-də keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq matçın start fiti 19:00-da veriləcək.

Qeyd edək ki, dörd oyundan sonra seriyada hesab bərabərdir – 2:2. Sabah Bakı İdman Sarayında baş tutacaq 5-ci görüş saat 17:00-da start götürəcək.

İdman.biz