Azərbaycan çempionatlarında ən uzun final

Xəbərlər
9 May 2025 17:48
59
Azərbaycan çempionatlarında ən uzun final

Kişilər arasında Azərbaycan Basketbol Liqasının final seriyası ölkə çempionatları tarixinə düşəcək.

İdman.biz xəbər verir ki, “Sabah”la “Neftçi” arasında duel son 15 ildə yarışın ən uzun finalı olacaq.

4 görüşdən sonra hesab 2:2 olduğu üçün çempionun müəyyənləşməsinə ən azı daha iki matç keçirilməlidir. Bu isə o deməkdir ki, seriya ən azı 6 qarşılaşmadan ibarət olacaq.

2010-cu ildən sonrakı dövrdə isə heç bir final bu qədər uzun sürməyib. Bunun səbəblərindən biri də qalibin 4 qələbə qazanmasının zəruriliyidir.

Əvvəllər seriya 2, son illər 3 qələbəyədək davam edib, bəzən isə liqa sistemi tətbiq olunub. Ən uzun seriya 2 il əvvəl baş tutub. “Sabah” 2023-cü ildə “Gəncə”ni 5 matçda üstələyib – 3:2.

Qeyd edək ki, “Neftçi” və “Sabah” arasında 5-ci oyun mayın 11-də keçiriləcək.

İdman.biz