"Dördlər finalı"na yüksələn bütün komandalar müəyyənləşib

Xəbərlər
7 May 2025 00:54
54
"Dördlər finalı"na yüksələn bütün komandalar müəyyənləşib

Basketbol üzrə Avroliqada "Dördlər finalı"na yüksələn bütün komandalar müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Monako" və "Panatinaikos" pley-off seriyasının 5-ci matçını qələbə ilə başa vurublar.

Fransalılar "Barselona"ya 86:85, yunanlar isə "Anadolu Efes"ə 75:67 hesabları ilə qalib gələrək, ümumi hesabda 3:2 üstün olublar.

"Dördlər finalı"nda "Monako" "Olimpiakos"la, "Panatinaikos" isə "Fənərbaxça" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Dördlər Finalı" ilk dəfə Avropadan kənarda Abu-Dabidə təşkil olunacaq. Həlledici oyunlar mayın 23-25-də baş tutacaq.

İdman.biz