5 qat çempiondan vida

Xəbərlər
3 May 2025 02:21
446
5 qat çempiondan vida

Qreq Popoviç "San-Antonio Spörs" basketbol klubunun baş məşqçisi vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, 76 yaşlı mütəxəssis səhhətindəki problem üzündən bu addımı atıb.

Popoviç bundan sonra klubun prezidenti vəzifəsini tutacaq. O, 1996-cı ildən komandanın baş məşqçisi vəzifəsini tutub.

Qeyd edək ki, "San-Antonio Spörs" Popoviçin rəhbərliyi ilə 5 dəfə NBA çempionu olunub.

İdman.biz