Anar Sarıyev: “Sabah”ın şansı nisbətən yüksəkdir"

Xəbərlər
2 May 2025 15:39
290
Anar Sarıyev: “Sabah”ın şansı nisbətən yüksəkdir"

"Sabah" və "Neftçi" komandaları finala layiq idilər".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Anar Sarıyev ölkə çempionatında "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək final oyunu barədə danışarkən deyib.

O, “Sabah”ın titulu qazanmaq şanslarının nisbətən yüksək olduğunu bildirib: “Neftçi” də sonadək mübarizə aparacaq. Mövsümün gedişində komandada dəyişiklər oldu. Kollektivə yeni oyunçular qoşuldu. Bundan sonra meydanda fərqli komanda gördük. Düşünürəm ki, seriyanın bütün matçları başabaş mübarizə şəraitində keçəcək. Qoy, layiq olan qızıl medalları qazansın”.

Mütəxəssis "Neftçi"nin əsas üstünlüklərini də açıqlayıb: “Meydanda hərəkət etməyi, hücuma tez çıxmağı "Sabah"dan daha yaxşı bacarırlar. Müdafiədə də etibarlı çıxış edirlər. Heyətdə bunları bacaran keyfiyyətli basketbolçular var. Əgər arxa xətt rəqibin hücumlarını dəf edə bilsə, uğurlu nəticə qazana bilərlər”.

Qeyd edək ki, final seriyasının ilk oyunu bu gün saat 19:00-da Bakı İdman Sarayında təşkil olunacaq.

İdman.biz