Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) III tura yekun vurulub.
İdman.biz xəbər verir ki, turun son oyun günündə 2 matç keçirilib.
Günün ilk qarşılaşmasında “Neftçi” ciddi müqavimətlə üzləşməyib. “Şəki” ilə görüşdə ev sahibləri 26 xal fərqi ilə qalib gəliblər. Onlar növbəti qələbə sayəsində xallarının sayını 5-ə çatdırıblar.
Tura “Xırdalan” - “Sabah” yekun vurulub. İlk üç periodda böyük üstünlük qazanan Azərbaycan çempionu sona yaxın daha rahat oynayıb. "Xırdalan"ın son periodda 18 xal fərqi ilə qalib gəlməsi də onu məğlubiyyətdən xilas etməyib. Ehtiyatda bir oyunu olan sabah 4-cü pilləyə yüksəlib.
Azərbaycan Basketbol Liqası
III tur
11 noyabr
12:00. “Neftçi” – “Şəki” - 90:64 (24:18, 16:17, 26:8, 24:21)
“Sərhədçi” İdman Mərkəzi
19:30. “Xırdalan” – “Sabah” - 87:99 (14:36, 20:24, 20:24, 33:15)
“Sərhədçi” İdman Mərkəzi
Xəzri BK |
3 |
3 |
0 |
262:228 (+34) |
6 |
Neftçi İK |
3 |
2 |
1 |
253:200 (+53) |
5 |
Xırdalan BK |
3 |
2 |
1 |
270:254 (+16) |
5 |
Sabah BK |
2 |
2 |
0 |
214:161 (+53) |
4 |
NTD-INDIGO |
2 |
2 |
0 |
191:155 (+36) |
4 |
Sərhədçi PİK |
3 |
1 |
2 |
227:234 (-7) |
4 |
Sumqayıt BK |
3 |
1 |
2 |
230:248 (-18) |
4 |
Cəlilabad BK |
3 |
1 |
2 |
221:255 (-34) |
4 |
Gəncə BK |
3 |
0 |
3 |
226:302 (-76) |
3 |
Şəki BK |
3 |
0 |
3 |
216:273 (-57) |
3 |
Qeyd edək ki, turda daha öncə "Xəzri" səfərdə "Cəlilabad"a 89:79, NTD-INDIQO “Gəncə”yə 94:76 hesabı ilə qalib gəlib. “Sumqayıt” isə “Sərhədçi”ni 74:70 hesabı ilə məğlub edib.
İdman.biz