"Miluoki Baks"ın Yannis Adetokunbo təhlükəsi

Xəbərlər
30 Aprel 2025 20:22
148
"Miluoki Baks"ın Yannis Adetokunbo təhlükəsi

"Miluoki Baks"ın lideri və forvardı Yannis Adetokunbo klub rəhbərliyi ilə görüşəcək.

İdman.biz xəbər verir ki, yunan basketbolçu görüşdə komadadakı gələcəyini müzakirə edəcək.

Onun çıxış etdiyi komanda NBA-nın pley-off seriyasının ilk mərhələsində mübarizəni dayandırıb. "Miluoki Baks" "İndiana Peysers"ə 1:4 hesabı ilə uduzub. Son illərdəki uğursuz çıxışdan sonra Yannisin komandanı tərk etməsi gündəmə gəlib.

Qeyd edək ki, Adetokunbonun növbəti mövsümə "Los-Anceles Leykers"də start verməsi xəbərləri yayılıb.

İdman.biz