Evren Alkaya: “Bu, bizim üçün başlanğıcdır”

Xəbərlər
7 Noyabr 2023 19:49
207
Evren Alkaya: “Bu, bizim üçün başlanğıcdır”

Qadın basketbolçulardan ibarət Azərbaycan yığması Eurobasket-2025-in seçmə mərhələsində iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandamız ilk oyununu noyabrın 9-da Litvaya qarşı keçirəcək.

Yığmanın baş məşqçisi Evren Alkayanın seçmə oyunlara ciddi hazırlaşdıqlarını deyib. O, komandanın hazırlıq prosesi barədə nəlumat verib: “Azərbaycan xalqının zəfər bayramını təbrik edirəm. Avropa çempionatının seçmə mərhələsinə Azərbaycanda 25 günlük təlim-məşq toplanışı keçirdik. Bəzi oyunçular öz klublarının heyətlərində oyuna çıxdıqlarına görə təlim-məşqə qatıla bilmədilər. Buna baxmayaraq, 25 gün ərzində çox ciddi hazırlıq keçdik. Bu müddətdə 2 hazırlıq görüşündə də qüvvəmizi sınadıq. Artıq komandada anlaşma səviyyəsi daha yüksəkdir. Seçmə mərhələdə rəqiblərə qarşı taktiki gedişlərimizi də basketbolçularımıza aşıladıq. Həqiqətən çətin bir turnir olacaq. Amma burada Azərbaycanı təmsil edəcəyimizə görə qürur hissi keçiririk. Bizə şərait yaratdığına görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edirik”.

Evren Alkayın seçmə mərhələsində qarşılacağımız komandalar haqqında danışıb. Türkiyəli mütəxəssis rəqiblərin güclü olduğunu bildirib: Bizi hazırki Avropa çempionu Belçika ilə yanaşı, səviyyəcə bir-birinə yaxın Polşa və Litva komandalarına qarşı oyunlar gözləyir. Rəqiblərimiz çox güclüdür. İlk oyunumuzu Litva millisinə qarşı keçirəcəyik. Rəqibi yaxşı təhlil etmişik. Onların qarşısını kəsmək üçün mübarizə aparacağıq. Turnirdə Azərbaycanı layiqli şəkildə təmsil etmək arzusundayıq. Komandama güvənirəm. Bu, bizim üçün başlanğıcdır. Qarşıdakı illərdə daha güclü komandaya çevrilmək üçün əlimizdən gələni edəcəyik. 2025-ci ildə indiki ilə müqayisədə daha yaxşı olmalıyıq”.

Qeyd edək ki, Litva - Azərbaycan matçı Bakı vatxı ilə saat 21:30-da start götürəcək.

İdman.biz