Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında XIX tura yekun vurulub.
İdman.biz xəbər verir ki, turun son günündə 3 matç keçirilib.
B qrupunun görüşündə liderlər “Şəki” və “Gəncə” qarşılaşıblar. Ev sahibləri inamlı oyun sayəsində vahid lider olublar.
A qrupunun lideri “Sabah” isə NTD ilə üz-üzə gəlib. Gözlənilən kimi, Azərbaycan çempionu asan qələbə qazanıb.
Tura “Sərhədçi” – “Neftçi” qarşılaşması ilə yekun vurulub. Son oyunlarda uğurlu çıxış edən "ağ-qaralar" növbəti dəfə meydanı qalib tərk ediblər.
Azərbaycan Basketbol Liqası
XIX tur
19 mart
B qrupu
14:00. “Şəki” – “Gəncə” - 91:87 OT (17:22, 21:27, 27:19, 18:15, 8:4)
Şəki OİK
| yer | komanda | O | Q | M | X | 
| 1 | Şəki | 19 | 15 | 4 | 34 | 
| 2 | Gəncə | 19 | 14 | 5 | 33 | 
| 3 | Ordu | 19 | 12 | 7 | 31 | 
| 4 | Sumqayıt | 19 | 8 | 11 | 27 | 
| 5 | Quba | 19 | 5 | 14 | 24 | 
| 6 | Lənkəran | 19 | 3 | 16 | 22 | 
A qrupu
16:00. NTD – “Sabah” - 79:105 (20:27, 20:26, 18:25, 21:27)
“Sərhədçi” İM
19:00. “Sərhədçi” – “Neftçi” - 70:84 (16:21, 19:22, 12:20, 23:21)
“Sərhədçi” İM
| 1 | Sabah | 19 | 15 | 4 | 34 | 
| 2 | Naxçıvan | 19 | 12 | 7 | 31 | 
| 3 | Neftçi | 19 | 10 | 9 | 29 | 
| 4 | Abşeron | 19 | 8 | 11 | 27 | 
| 5 | NTD | 19 | 6 | 13 | 25 | 
| 6 | Sərhədçi | 19 | 6 | 13 | 25 | 
İdman.biz
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    