Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun açılış oyunu baş tutub.
İdman.biz xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən oyunda "Xəzri" region təmsilçisi "Gəncə" ilə qarşılaşıb.
Qarşılaşma paytaxt klubu "Xəzri" nin 93:76 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun ən məhsuldar basketbolçusu "Xəzri"nin heyətində Endryu Platek olub. O, 19 xal, 5 ribaundluq nəticə göstərib. "Gəncə"nin heyətində isə 19 xal və 1 ribaundla Derek Rouds fərqlənib.
Qeyd edək ki, ikinci turun digər oyunları ("Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "NTD-INDIGO" - "Sabah") noyabr 3-5-də baş tutacaq.
İdman.biz