Ball “Gəncə”də

25 Fevral 2025 17:34
312
Ball “Gəncə”də

“Gəncə” heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, klub ABŞ-dən olan Andre Ballı heyətinə qatıb.

Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

206 sm boya malik basketbolçu “Gəncə”nin heyətində 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ball bundan əvvəl “Lənkəran” komandasında çıxış edib.

İdman.biz