“Sabah”ın rəqibi Bakıya məğlub gəlir

Xəbərlər
22 Oktyabr 2023 22:07
244
“Sabah”ın rəqibi Bakıya məğlub gəlir

“Sabah”ın FİBA Avropa kubokunda rəqibi olan “Baxçaşəhər Kolleci” Türkiyə Superliqasında 4-cü turun oyununa çıxıb.

İdman.biz xəbər verir ki, rəqib güclü “Anadolu Efes” olub.

Matçda meydan sahibləri olan “Baxçaşəhər Kolleci” basketbolçuları yekunda 80:87 (15:23, 31:13, 16:36, 25:8) hesabı ilə məğlub olublar. Bu “Sabah”ın rəqibinin ardıcıl 3-cü məğlubiyyəti olub. Onlar bundan əvvəl Türkiyə Superliqasında “Fənərbağça”ya, FİBA Avropa kubokunda isə “Nimburk”a uduzublar.

Qeyd edək ki, “Sabah” “Baxçaşəhər Kolleci” görüşü oktyabrın 25-də Bakıda keçiriləcək.

Emin Ağa
İdman.biz