“Sabah”ın baş məşqçisi: “Hücumlarımızda bəzi çatışmazlıqlar oldu”

Xəbərlər
19 Oktyabr 2023 08:53
110
“Sabah”ın baş məşqçisi: “Hücumlarımızda bəzi çatışmazlıqlar oldu”

"Rəqib yaxşı oynadı, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Boban Mitev deyib.

Təcrübəli mütəxəssis komandasının FİBA Avropa kubokunun ilk turunda “Molnar”la oyununu şərh edib. O bildirib ki, məğlubiyyətdə hücum xəttinin lazımı oyunu göstərə bilməməsi rol oynayıb: “Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq".

Qeyd edək ki, “Sabah” 75:80 hesabı ilə məğlub olub.

İdman.biz