“Sabah” “Mornar”a məğlub olub - FOTO

Xəbərlər
18 Oktyabr 2023 22:55
141
“Sabah” “Mornar”a məğlub olub - FOTO

Basketbol üzrə Azərbaycan çempionu Avropa kubokunda ilk oyununu keçirib.

İdman.biz saytı xəbər verir ki, “Sabah” səfərdə “Mornar”ın (Monteneqro) qonağı olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Oyunun 4-cü periodunda 9 xal geriyə düşən “Sabah” böyük əzmkarlıq sayəsində hesabda önə keçib. Son 1 dəqiqəyə 75:72 öndə keçən basketbolçularımız üstünlüyü qoruya bilməyiblər. Meydan sahibləri ardıcıl 8 xal qazanaraq, ilk görüşü qələbə ilə başa vurublar.

Avropa kuboku
D qrupu
1-ci tur
“Baxçaşəhər Koleji” (Türkiyə) – “Nimburk” (Çexiya) – 88:89
“Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan) – 80:75

İdman.biz