“Sabah”ın FİBA Avropa kubokunda rəqibləri “Baxçaşəhər Kolleçi” ilə “Nimburk” İstanbulda üz-üzə gəlib.
İdman.biz xəbər verir ki, gərgin keçən matç qonaqların qələbəsi ilə başa çatıb.
Çexiyalılar 89:88 hesabı ilə qalib gəliblər. “Nimburk”un oyunçusu Qordon Jitaurious 26 xal, 1 ribaund və 4 asistlə oyunun ən yaxşısı olub.
Qeyd edək ki, “Sabah” “Mornar”la oyundan sonra oktyabrın 25-də Bakıda “Baxçaşəhər Kolleci”ni qonaq edəcək. Noyabrın 1-də isə Çexiyada “Nimburk”un qonağı olacaq.
Emin Ağa
İdman.biz