“Portu” başlayacaq, “Sabah” davam etdirəcək

Xəbərlər
17 Oktyabr 2023 11:30
88
“Portu” başlayacaq, “Sabah” davam etdirəcək

FİBA Avropa Kubokunda müntəzəm yarışa bu gün start veriləcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz “Sabah”ın da çıxış edəcəyi turnirdə ilk oyun baş tutacaq.

Yeni mövsümün açılış matçında “Norrçöpinq” (İsveç) – “Portu” (Portuqaliya) kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, “Sabah” ilk oyununu oktyabrın 18-də Monteneqro “Mornar”ına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Təmsilçimizin yer aldığı D qrupunun digər matçında isə “Baxçaşəhər Kolleci” İstanbulda “Nimburk”la (Çexiya) üz-üzə gələcək.

Emin Ağa

İdman.biz