“Sabah” Yunanıstanda da uduzub

Xəbərlər
7 Noyabr 2024 00:05
177
“Sabah” Yunanıstanda da uduzub

“Sabah” basketbol klubu bu gün növbəti avrokubok matçına çıxıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.

Rimas Kurtinaytisin yetirmələri Bakıda 70:82 hesablı məğlubiyyətin revanşını almağa çalışıblar. Təmsilçimiz böyük fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar vəziyyəti öz xeyirlərinə dəyişiblər. 15 xallıq fərq matçın qalan dəqiqələrində “Marussi”nin qələbə qazanması üçün kifayət edib.

Qeyd edək ki, G qrupunun digər oyununda “Spirou” “Nörçöppinq”i sınağa çəkəcək.

FİBA Avropa kuboku
G qrupu, V tur
6 noyabr
22:15. “Marussi” (Yunanıstan) - “Sabah” - 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər:
Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro)
Marussi Saint Tomas Sarayı

1

Spirou

4

4

0

336-303

8

2

Marussi

5

3

2

403-374

8

3

Nörçöppinq

4

2

2

313-337

6

4

Sabah

5

0

5

360-398

5

İdman.biz

Məqalədə: