“Sərhədçi”nin hədəfi - döyüşkən heyət formalaşdırmaq

Xəbərlər
10 Oktyabr 2023 16:54
557
“Sərhədçi”nin hədəfi - döyüşkən heyət formalaşdırmaq

“Məşqlərə 3 həftə əvvəl start vermişik. Komanda tam gücü ilə çalışır. Daha 2 legionerin düşərgəmizə qoşulması gözlənilir”.

Bunu İdman.biz saytına “Sərhədçi” basketbol klubunun köməkçi məşqçisi Anar Hacıyev deyib.

O, komandasının yeni mövsüm üçün hazırlığını dəyərləndirib. Çalışdırıcı bildirib ki, əsas hədəf yaxşı və döyüşkən heyət formalaşdırmaqdır: “Üç legionerimiz var. Bunlar ukraynalı Dmitro Jiravlov, kanadalı Ben Stivens və serbiyalı Aleksandr Vlahoviçdir. Yeni gələcək 2 legionerimiz ABŞ-dan olacaq. Düşünürəm ki, yerli oyunçularla bağlı problemimiz olmayacaq. Heyətimizdə milli komandanın üzvləri Cəbrayıl Əkbərov və Ramiz Quliyev, eyni zamanda U-20 milli komandamızın üzvləri Varid Ağasızadə, və Azər Əzimov yer alacaqlaq. Digər gənc oyunçumuz isə Mirməcid İsmayılovdur”.

Komandanın baş məşqçisi serbiyalı Vladimir Bosnyakindir. O Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə komandaya götürülüb. Anar Hacıyev belə bir məşqçi ilə işləməsinin onun gələcəkdə inkişafına müsbət təsir edəcəyini düşünür. Gənc mütəxəssis əsas hədəflərinin yeni mövsümdə pley-offa vəsiqə qazanmaq olduğunu bildirib.

Emin Ağa

İdman.biz